Paytaxtın Binəqədi rayonunda avtomobildə yanğın baş verib. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Hyundai” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsində baş verib. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.