Bakının Binəqədi rayonundakı evlərin birindən kombi aparatı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 30 noyabr tarixində məlumat verir.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 1200 manat dəyərində kombini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Abdullayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.