Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, noyabrın 22-də məktəblərin birindən notbuk və proyektor oğurlanıb.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Atayev və əvvəllər məhkum olunmuş F.İdrisov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.