Bakının Binəqədi rayonunda yerləşən sexdə oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis Bölməsinə verilən məlumata görə, oktyabrın 20-də adıçəkilən ərazidə yerləşən avtomobillərin təmiri sexindən 1080 manat dəyərində təmir alətləri oğurlanıb.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.