Bakının Binəqədi rayonu ərazisində narkotacir saxlanılıb. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində Bakı şəhər sakini Ağamir Əzimov saxlanılıb. Baxış zamanı onun üzərində 6 qram metamfetamin aşkar olunub.
Daha sonra onun yaşadığı evdən yoxlama zamanı 18 qram metamfetamin və 520 qram marixuana ələ keçirilib.
Faktla bağlı araşdırma aparılır.