Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis böməsinə verilən məlumata əsasən, dekabrın 11-də ərazidə yerləşən evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mustafayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.