Paytaxtın Binəqədi rayonunda qocaların pullarını oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 8 dekabr tarixində Bakupuls.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Fizuli Nəcəfov ondan kömək istəyən ahıl insanların pulunu mənimsəyib. Belə ki, ahıllar bankomatdan pul çıxarmaq üçün F.Nəcəfovdan kömək istəyən zaman o, kartda pul olmadığını deyir, daha sonra isə həmin pulları mənimsəyirdi.
Bu üsulla şübhəli şəxs 4 nəfərdən çox adama qarşı dələduzluq edib. O, oğurluğu ancaq ondan kömək istəyən şəxslərə qarşı elədiyini bildirib.
Fizuli Nəcəfov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.