Bakının Binəqədi rayonunda sakinlər polislərə silahları könüllü olaraq təhvil veriblər. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Ötən bir neçə gün ərzində polis bölmələrinə müraciət edən ayrı-ayrı vətəndaşlar onlarda olan ümumilikdə 3 “Makarov”, “Naqan”, kustar üsulla hazırlanan tapançanı, “RPK-74” markalı avtomatı, eləcə də 21 ədəd müxtəlif çaplı patron və 5 sandıqçanı könüllü olaraq polisə təhvil veriblər.
Müvafiq sənədləri olmayan silahlar polis əməkdaşları tərəfindən götürülüb və vətəndaşlara təşəkkür edilib.