Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasının lambirdən ibarət tavanı 10 kv.m sahədə və piştaxtaya yığılan mallar 5 kv.m sahədə yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.