Bakının Binəqədi qəsəbəsində 15 yaşlı oğlan itkin düşüb. Bu haqda bu gün, 27 oktyabr tarixində Oxu.az məlumat verib.
Qəsəbə sakini, 15 yaşlı İbrahim Quliyev oktyabrın 26-sı saat 15:00 radələrində yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Oğlanın atası Ramil Quliyev hadisə ilə bağlı 43-cü Polis Bölməsinə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.