Binəqədi rayonunda 2 nəfər itkin düşüb. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
26 dekabr tarixində 16 yaşlı Şəbnəm Əlişova yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Digər hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb. Ötən gün 9 yaşlı Onur Bəkirov yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Hər 2 şəxsin axtarışları davam edir.