Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Mehman Kərimov həmyerlisi olan 30 yaşlı şəxsi bıçaqlamaqda şübhəli bilinərək saxlanılıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə haqqında araşdırma aparılır.