Bakının Binəqədi rayonunda güclü yağış bədbəxt hadisəyə səbəb olub. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.
Verilən məlumata görə, yağan intensiv yağış səbəbindən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin qarşısındakı kanalizasiya xətti daşıb. Nəticədə məhəllədə böyük gölməçə əmələ gəlib.
Şahidlərin sözlərinə görə, mövcud vəziyyətdən narahat olan 79 yaşlı qadın küçəyə çıxarkən ürək tutması keçirib və gölməçəyə düşüb. Hadisə yerinə təcili yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.