Bakının Binəqədi rayonunda sərnişin marşrut avtobusu piyadanı vuraraq öldürüb. Bu haqda bu gün, 10 dekabr tarixində APA məlumat verib.
51 yaşlı Mərdan Tağıyev 85 saylı marşrut üzrə işləyən "Otokar" markalı avtobusu idarə edərək yolu keçən 55 yaşlı Əlikubar Kubarovu vurub. Piyada aldığı xəsarətlərdən keçinib.
Faktla bağlı araşdırma aparılır.