Paytaxtın Binəqədi rayonu, Abay küçəsində minik avtomobili eyni anda iki qadını vurub. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
İki qadın yolu keçmək istəyərkən onları “Hyundai Sonata” markalı avtomobil vurub. “Sonata” qəza nəticəsində idarəetmədən çıxıb və yolun kənarında dayanan “Hyundai Tucson” markalı avtomobilə çarpılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Hər iki qadın müxtəlif xəsarətlər alıb.