Binəqədi rayonunda ağır yol qəzası baş verib. Bu haqda bu gün, yanvarın 3-də Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Süleyman Sani Axundov küçəsində qeydə alınıb. Səid Süleymanov “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkət edən zaman idarəetməni itirib və Mərkəzi Seçki Komissiyasının divarına çarpılıb.
Nəticədə sürücü və 3 sərnişin - Təranə Məmmədova, Anjelina Verdiyeva və Tamerlan Orucov avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Onlar maşından çıxarılaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_125142" align="alignnone" width="640"]
Foto APA[/caption]