Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 18 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ötən gün saat 15:00 radələrində Binəqədi qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 22 yaşlı M.Məmmədov saxlanılıb.