Binəqədi rayonunda yaşayış evi yanıb. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun 2-ci mədən adlanan ərazisində qeydə alınıb. 54 yaşlı Yəhya Yəhyahevə məxsus birmərtəbəli fərdi yaşayış evi alışıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğın söndürülüb.