Binəqədi rayonunda hotelin qarşısında adam bıçaqlanıb. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Koroğlu küçəsi, 9 ünvanında baş verib. Naməlum şəxs “All Seasons” hotelinin qarşısında 30 yaşlı Mahmud Qurbanlını bıçaqlayaraq qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.