Binəqədi rayonunda evdən pul və qızıl oğurlanıb. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini R.Səfərov rayon ərazisindəki evlərin birindən 1700 manat, 2900 dollar pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.