Binəqədi rayonunda çantadan oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
N.Qurbanova 7 noyabr tarixində adıçəkilən rayon ərazisində bir nəfərin çantasından 2600 AZN pul oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.