Binəqədi rayonunda evi qarət edən oğru saxlanılıb. Bu haqda 7 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Oktyabrın 6-da Bakı şəhər sakini olan qadının Binəqədi qəsəbəsindəki yaşadığı evin həyətinə naməlum şəxs daxil olub, daha sonra həmin şəxs bıçaqla qadının üzərinə gəlib. Qadın kömək çağırmaq üçün çölə qaçdıqda isə həmin şəxs evdə olan 400 manat pulu və mobil telefonu talayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Röya Həsənova müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.