Bakının Binəqədi rayonunda 11 yaşlı uşaq döyülərək ağır xəsarətlər alıb. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Ülfət Həsənli təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qabırğaların sınığı, bədənin çoxsaylı hematoması və sıyrılmış yaraları diaqnozu qoyulub.
Hadisənin təfərrüatları araşdırılır.