Bakının Xəzər rayonu, Binə qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, mayın 6-da evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən qadın saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.