Bakının Xəzər rayonu, Binə qəsəbəsində yol qəzası baş verib. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
53 yaşlı Əfqan Manafov yolu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.