Bakının Xəzər rayonu, Binə qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, ayrı-ayrı vaxtlarda ərazidə yerləşən 3 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini S.Əlizadə saxlanılıb.
Faktla bağlı araşdıma aparılır.