Xəzər rayonunda “KamAZ” uşağın ayağının üzərindən keçib. Bu haqda 6 aprel tarixində Report məlumat verib.
Binə qəsəbəsində "KamaAZ” markalı yük avtomobili 7 yaşlı Ə. H-nın sağ ayağının üzərindən keçib. Uşaq ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb. Yaralı əməliyyat olunub, onun sağ ayağı baldır nahiyəsindən amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.