Xəzər rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Binə qəsəbəsi, Atçılıq massivində baş verib. 52 yaşlı Təbriz Yaqubovun asılmış meyiti adıçəkilən ərazidəki yaşadığı evdə tapılıb. Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.