Bakıda daha bir naqil oğrusu saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Fevralın 8-dən 10-dək olan müddətdə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsindəki evlərin birindən 300 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş D.Məmmədov saxlanılmışdır.
Onun rayon ərazisindəki 2 həyətyanı sahədən və 1 evdən elektrik naqili oğurlaması, 1 inşası başa çatmamış evin elektrik naqillərini kəsərək yararsız vəziyyətə salması da müəyyən edilmişdir.
Faktla bağlı araşdırma aparılır.