Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Binə qəsəbəsində qeydə alınıb. Polşa vətəndaşı, 54 yaşlı Asenov Asen Şişmanov qonşusu ilə dava zamanı bıçaqlanıb. Nəticədə əcnəbi yaralı vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.