Bakıda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb. Bu haqda 14 fevral tarixində APA məlumat verib.
Binə qəsəbəsi, Atçılıq sovxozu, Yeni sahə adlanan ərazidə 27 yaşlı Şahəddin Babayev qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.