Xəzər rayonunda zəncirvari qəza baş verib. Bu haqda 12 fevral tarixində Bakuplus.az-a məlumat daxil olub.
Binə qəsəbəsi, Aeroport yolunda yerləşən Rahat marketin yanında 5 avtomobil bir-birinə çırpılaraq qəza törədib. Hadisə yerinə post-patrul xidmətinin əməkdaşları cəlb olunub.
Qəza nəticəsində xəsarət alan olmayıb.