Nərimanov rayonu ərazisində paytaxt sakini A.Eminovun xəsarət alması ilə nəticələnən qəzanı törətməkdə şübhəli bilinən moped sürücüsü saxlanılıb. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də rayon ərazisində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən moped sürücüsü, Cəlilabad rayon sakini Ə.Xudaşov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.