Dənizkənarı Milli Park ərazisində keçirilmiş xilsaetmə əməliyyatının təfərrüatları məlum olub. Bu haqda bu gün, 15 noyabr tarixində Oxu.az məlumat yayıb.
Kunq-fu üzrə qadınlar milli komandasının baş məşqçisi Anar Süleymanov suya düşən 35 yaşlarında bir xanımı xilas edib.
“Telefonla şəkil çəkdirmək istəyərkən suya yıxılmışdı. Ancaq, məncə, intihara cəhd etmək istəmişdi. Həmin vaxt orada olanlar nə edəcəyini bilmirdi. Hətta Bulvarın təhlükəsizlik işçiləri də əlacsız idilər. Onların birinin əlində kamer (xilasedici halqa – red.) vardı. Ancaq o da nə edəcəyini bilmirdi. Mən onun əlindən götürüb qadına tərəf atdım.”- deyə İdman ustası bildirib.
Daha sonra hadisə yerinə FHN-nin sularda xilasetmə idarəsinin əməkdaşları cəlb olunub və qadın xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Daha öncə ötən gün, 14 noyabr tarixində “Bulvar” ərazisində bir nəfərin xilas olunmağı ilə bağlı məlumat yayılmışdır.