Dənizkənarı Milli Park ərazisində dənizdə batmaq üzrə olan qadın xilas edilib. Bu haqda Bakuplus.az 24 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Nazirliyin “112” qaynar telefon xəttinə 1 nəfərin batma təhlükəsində olması barədə məlumat daxil olub. Hadisə yerinə “Bakı bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Keçirilən xilasetmə əməliyyatı sayəsində 38 yaşlı C.Əliyeva dalğıclar tərəfindən xilas edilib. Qadına ilkin yardım göstərilib və o, aidiyyəti üzrə təhvil verilib.