Paytaxtın Səbail rayonu, bulvar ərazisində özünü dənizə atan şəxs xilas edilib. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az Daxili işlər Nazirliyinə istinadən xəbər verir.
Quba rayon sakini Novruz Novruzov sərxoş halda özünü dənizə atıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.