Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini V.Şahbazova adıçəkilən qəsəbədə yerləşən evlərin birindən 3000 AZN dəyərində ev əşyalarının oğurlaması, eləcə də 3000 AZN dəyərində əşyaların yandırılmasında şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.