Xəzər rayonunda evdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda 16 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə İstinadən məlumat verir.
Buzovna qəsəbəsində martın 1-dən 15-dək olan müddətdə evlərin birindən məişət və geyim əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş S.Mirzəyev saxlanılıb.
Məlum olub ki, o, bundan əvvəl də müxtəlif vaxtlarda 6 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlayıb.