Xəzər rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Vüqar Quliyev Binə və Buzovna qəsəbələri ərazisində 7 evdən ümumilikdə 1600 AZN-ə yaxın pul, eləcə də 3 ədəd mobil telefon, 2000 AZN dəyərində avtomobil ehtiyat hissəsi, 3 ədəd velosiped, dəyəri 700 AZN-dən çox olan elektrik naqili, həmçinin digər məişət əşyaları, inşaat materialları və təmir alətləri oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.