Xəzər rayonunda ana və oğulları döyülüblər. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə rayonun Buzovna qəsəbəsində baş verib. Kütləvi dava zamanı Mərziyə Baxşıyeva, eləcə də övladları: 20 yaşlı Toğrul və 27 yaşlı Sərdar döyülüblər.
Faktla bağlı araşdırmalara başlanılıb.