Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən evi yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Hadisə ötən gün saat 14:00 radalərində baş verib. Ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lerik rayon sakini Murad Quliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.