Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayış evi yanıb. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma qəsəbədə yerləşən ikimərtəbəli yaşayış evində başlayıb. Nəticədə ümumi sahəsi 168 kv.m olan tikilinin 2-ci mərtəbəsində tavan 54 kv.m sahədə yanıb. Bundan əlavə, evə bitişik olan köməkçi tikili 14 kv.m sahədə kül olub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.