Xəzər rayonunda qaz kəsilib. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Qazpaylayıcı stansiyanın daxilində sızma olması ilə əlaqədar Buzovna qəsəbəsinin Quşçuluq yaşayış massivinin qaz təchizatı dayandırılıb.
Məhdudiyyət işlər bitənə qədər davam edəcək.