Xəzər rayonunda yaşlı kişi zəhərlənib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Buzovna qəsəbəsində baş verib. 64 yaşlı Xələf Xələfov yaşadığı evin həyətində yerləşən hamam otağında dəm qazından boğularaq dünyasını dəyişib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.