Bakının Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, “Cavanşir” körpüsündə yol qəzası baş verib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
“Mercedes” markalı avtomobil “Toyota Prius” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə qəza səbəbindən körpünün üzərində sıxlıq yaranıb.
Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.