Yasamal rayonunda əcnəbi vətəndaşın meyiti tapılıb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində yerləşən mənzillərin birində Türkiyə vətəndaşı, 49 yaşlı Şahin Arifin meyiti tapılıb. Onun cəsədində zorakılıq əlaməti aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.