Polis əməkdaşları ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 1 avtomat, 3 tüfəng aşkar edərək götürüb. Bu haqda bu gün, 4 yanvar tarixində Bakuplus.az DİN-ə istinadən xəbər verir.
Yanvarın 3-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 3 ədəd müxtəlif markalı tüfəng və 27 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Həmçinin ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı və 7 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.