Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi Facebook səhifəsində internet vasitəsilə dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az məlumat verir.
“Sürətli və aşağı faizli kredit imkanı" kimi başlıqlı bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara (keçidlərə) diqqət edin”, – müraciətdə deyilir.
DİN vətəndaşları bu cür linklərə klikləməməyə və nə şəxsi məlumatları, nə də bank kartları haqqında məlumatı paylaşmamağa çağırır.