Bakının Dənizkənarı bulvarındakı “Dəniz Mall” ticarət mərkəzində döyülmə hadisəsi baş verib. Bu haqda bu gün, 25 noyabr tarixində Lent.az məlumat verib.
Paytaxt sakini, 18 yaşlı Pərişan Abdullayeva naməlum qadın tərəfindən döyülüb.
Hadisə ilə bağlı polisə müraciət göndərilib. Faktla bağlı Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.