Dənizdə batan 2 nəfər xilas olunub. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Xəzər rayonu, Şüvəlan və Mərdəkan çimərliklərində 2 nəfər qəfil boğulmağa başlayıb. Hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları həmin şəxsləri xilas etməyi bacarıblar.